Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli və nəzakətli olmalıdır.
"Unikal" xəbər verir ki, o, bunu KTMT-nin baş katibi Taalətbek Masadıkovla görüşündə bildirib.
"Ermənistanla işimizdə daha düzgün və diqqətli olmalıyıq... Ermənistan KTMT-də işi dəstəkləmir kimi görünür, amma eyni zamanda təşkilatın üzvü olaraq qalır".
O əlavə edib ki, hazırda Ermənistanda vəziyyət, xüsusən də seçki dövrü nəzərə alınmaqla, çətindir.
Lukaşenko həmçinin KTMT-nin baş katibi və Ermənistan rəhbərliyi səviyyəsində görüşlərin təşkilinin vacibliyini bildirib.