AZ

"KTMT Ermənistanla münasibətlərində diqqətli olmalıdır"

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli və nəzakətli olmalıdır.

Redaktor.az xəbər verir ki, o, bunu KTMT-nin baş katibi Taalətbek Masadıkovla görüşündə bildirib.

"Ermənistanla işimizdə daha düzgün və diqqətli olmalıyıq... Ermənistan KTMT-də işi dəstəkləmir kimi görünür, amma eyni zamanda təşkilatın üzvü olaraq qalır". 

O əlavə edib ki, hazırda Ermənistanda vəziyyət, xüsusən də seçki dövrü nəzərə alınmaqla, çətindir.

Lukaşenko həmçinin KTMT-nin baş katibi və Ermənistan rəhbərliyi səviyyəsində görüşlərin təşkilinin vacibliyini bildirib.

Seçilən
41
1
redaktor.az

2Mənbələr