AZ

Baş örtükləri kəlağayı ilə əvəz olunacaq? - AÇIQLAMA

Son zamanlar dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiq olunacağı və bu yanaşmanın xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcəyi ilə bağlı iddialar səsləndirilir. Bildirilir ki, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsi məhdudlaşdırılacaq, əvəzində isə Azərbaycanın milli örtüyü olan kəlağayının istifadəsi təşviq ediləcək.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Pravda.az-a açıqlamasında bildirib ki, gündəlikdə belə bir məsələ müzakirə olunmur.

Fazil

Onun sözlərinə görə, qanunvericilikdə də hansısa bir dəyişiklik aparılmayıb: “Komitədə belə bir məsələ müzakirə olunmur. İdeyalar, fikirlər, təkliflər var. Xüsusilə də bizim baxış bucağımız budur ki, məktəbdə, yetkinlik yaşına çatmayan insanların məcburi qaydada dini geyimlərə cəlb olunması məsələsinə baxıla bilər. Amma digər məsələlərdə kimsənin inancına, inancının tələb etdiyi geyim formalarına qarışmaq ixtiyarı yoxdur. Bu halda ola bilər ki, hansısa ölkənin, təriqətin və ya məzhəbin simvolikasını özündə ehtiva edən, məqsədyönlü şəkildə fəaliyyət həyata keçirilərsə, ona müəyyən dərəcədə baxıla bilər. Hələ ki, qanunvericilikdə bu istiqamətdə hansısa dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılmır”.

 

Şəhanə Quliyeva

Tarix: 6 Aprel 2026, 16:50   
Seçilən
17
pravda.az

1Mənbələr