AZ

“Qarabağ”da bir, “Karvan-Yevlax”da üç itki – Matça doğru

Azərbaycan Premyer Liqasının XXVI turunda “Qarabağ” “Karvan Yevlax”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunda görüş öncəsi cəmi bir  itki var. Bəhlul Mustafazadə zədə səbəbindən matçı buraxacaq.

Yevlax təmsilçisində isə 3 futbolçu oyunu kənardan izləyəcək. Zədəli İbrahim Qədirzadə, Araz Abdullayev və Emin Rüstəmov bugünkü qarşılaşmada forma geyinə bilməyəcəklər.

İki komandanın da heyətində cəzalı futbolçu yoxdur.

“Qarabağ” – “Karvan Yevlax” oyunu bu gün saat 19:00-da start götürəcək.

Seçilən
11
idmanxeber.az

1Mənbələr