AZ

Rusiya sonuncu yerdədir, bəs Azərbaycan? İnternet azadlığı reytinqi açıqlandı

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Rusiya internet azadlığına görə dünyanın ən pis ölkələri arasında yer alıb.

“AzPolitika” xəbər verir ki, “Cloudwards” platformasının tərtib etdiyi reytinq siyahısında belə göstərilir.

Qeyd olunur ki, Rusiya 100 baldan cəmi 4 bal alaraq sonuncu yerlərdə qərarlaşıb. Ondan daha qeyri-azad olan yalnız sıfır balla Şimali Koreyadır.

İran, Çin və Pakistan Rusiya ilə siyahıda qonşuluq edir. Reytinqdə siyasi və vətəndaş fikirlərini onlayn sərbəst ifadə etmək bacarığı, eləcə də VPN və digər xidmətlərin istifadəsi, sosial şəbəkələrə çıxış imkanları və s. nəzərə alınır.

Rusiya heç bir kateqoriyada "tamamilə azad" qiymətləndirilməyib. Tədqiqatda vurğulanır ki, ölkə sosial media (YouTube, X, Instagram, Facebook, TikTok), mesajlaşma tətbiqləri (WhatsApp və Telegram) və müstəqil media da daxil olmaqla əsas beynəlxalq internet platformalarını sistematik şəkildə bloklayır və ya məhdudlaşdırır. Rusiya həmçinin VPN xidmətlərinə qarşı ən sərt tədbirlərin tətbiq olunduğu ölkələrdən biri kimi seçilib. Onunla Şimali Koreya arasındakı yeganə fərq ondadır ki, Koreyada internetə çıxış hazırda "yalnız hakimiyyətə ən yaxın olanlar"a aiddir.

On bir ölkə internet azadlığının ən yüksək səviyyəsini nümayiş etdirərək 100 baldan 92 bal toplayıb. Bunlara Belçika, Danimarka, İslandiya, Yeni Zelandiya, Norveç, Slovakiya və Finlandiya daxildir. Araşdırmaya görə, bu ölkələrdə onlayn söz azadlığı, sosial mediaya çıxış və ya VPN-lərə dair heç bir məhdudiyyət yoxdur, lakin torrent yayımı ilə bağlı problemlər mövcuddur.

Azərbaycan bu siyahıda 44 bal toplayaraq, Ukrayna, İsrail, Kamboca, Qazaxıstan Küveyt, Laos, Venesuela kimi ölkələrlə qonşuluq edir. Gürcüstan və Ermənistan nisbətən yüksək bal toplayıb. Lakin Özbəkistan, Belarus, Türkmənistan, hətta Sinqapur, Malayziya və Misir kimi ölkələr internet azadlığına görə Azərbaycandan xeyli geri qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
hurriyyet.az

7Mənbələr