ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
MLS təmsilçisi "Kolambus Kryu"nun baş məşqçisi Henrik Ridströmün qalibiyyətlə başa çatan “Atlanta Yunayted”lə oyundan sonra Nəriman Axundzadə barədə fikirlərini bölüşüb. Bizim.Media xəbər verir ki, azərbaycanlı hücumçu "Kolambus Kryu"nun 3:1 hesablı qələbəsi ilə yekunlaşan sonuncu qarşılaşmasında 90-cı dəqiqədə meydana daxil olub. Bu, komandanın cari mövsümdə ilk qələbəsi olub.Matçdan sonra Ridströmün 21 yaşlı forvardın oyunu qiymətləndirib.“Nəriman bu yaxınlarda “Qarabağ”dan gəlib, o, çox istedadlı oyunçudur və biz onun parlaq gələcəyini görürük”, - deyə ABŞ klubunun baş məşqçisi bildirib.
İsveçli mütəxəssis həmçinin qeyd edib ki, əvvəlcə Axundzadəni daha tez meydana buraxmağı planlaşdırıb. Lakin məşqçilər heyəti dəyişikliklə tələsməmək qərarına gəlib, çünki Ridströmün sözlərinə görə, Andres Herrera sağ cinahda əla çıxış edib, hücumda təhlükə yaradıb və müdafiədə kömək göstərib.
Beləliklə, Axundzadənin son oyunda məhdud oyun vaxtı alması hücumçuya qarşı hər hansı iradla deyil, oyunun gedişi və məşqçinin taktiki seçimi ilə bağlı olub.Məlumat üçün əlavə edək ki, MLS-in növbəti turunun oyunu, aprelin 12-dən 13-nə keçən gecə baş tutacaq. “Kolambus Kryu” öz meydanında “Orlando Siti”ni qəbul edəcək.Rəşad Rafiqoğlu, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.