AZ

“Əsrin UĞURSUZU”: Lotereyada 545 milyonluq cekpot udan şəxs qorxusundan pulları ALA BİLMƏDİ

Voloqda vilayətində “ilin, onilliyin və əsrin uğursuzu” aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.

Voloqda vilayətində yaşayan 41 yaşlı şəxs lotereyada yarım milyard rubldan çox pul udsa da, zəngləri cavablandırmadığı üçün pulundan məhrum olub.

Böyük miqdarda borcu olan şəxs bəxtini sınamaq üçün lotereya bileti alıb və 545 milyon 941 min rubl (təxminən 11 590 000 manat) məbləğində cekpot qazanıb.

Lakin o, lotereya təşkilatçılarından gələn zəngləri borc yığan şəxslərdən (kollektorlardan) gələn zəng zənn edərək cavablandırmayıb və uduşundan xəbərsiz qalıb.

Yalnız dörd il sonra qazandığı böyük məbləği öyrənən şəxs təşkilatçılara müraciət edib. Təşkilatçılar isə pulun yalnız altı ay ərzində alınmalı olduğunu bildirərək ödənişdən imtina ediblər.

Məhkəmə də lotereya şirkətinin haqlı olduğunu təsdiqləyib.

Həmin şəxsin hələ də kreditorlarından qorxduğu və zənglərə cavab vermədiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
1
interpress.az

2Mənbələr