AZ

BƏƏ-yə hücumlarla bağlı rəsmi Bakıdan açıqlama: azərbaycanlılarla bağlı SON DURUM

İranın açıq hücumları başlayan gündən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava müdafiə qüvvələri ümumilikdə 507 ballistik raket, 24 qanadlı raket və 2191 PUA-nı zərərsizləşdirib.

Musavat.com bildirir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin 5 aprel 2026-cı il açıqlamasında məlumat verilib.

Bildirilib ki, mülki şəxslər arasında ölənlərin ümumi sayı 10 nəfərdir. Onlar Pakistan, Nepal, Banqladeş, Fələstin, Hindistan və Misir vətəndaşlarıdır.

Məlumata görə, hücumlar başlayan gündən yaralananların sayı isə 217 nəfərə çatıb. Onlar arasında müxtəlif ölkələrin vətəndaşları, o cümlədən Azərbaycan vətəndaşı var.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Musavat.com-a açıqlamasında bildirib ki, hücumlar başlayan gündən yalnız bir Azərbaycan vətəndaşı yaralanıb.

AYXAN

“Martın 1-də yaydığımız məlumatda qeyd etdiyimiz kimi, Yaxın Şərqdə hərbi əməliyyatlar zamanı Azərbaycanın bir vətəndaşı xəsarət alıb. Başqa xəsarət alan barədə məlumat yoxdur”, - deyə XİN sözçüsü qeyd edib.

BƏƏ Müdafiə Nazirliyinin açıqlamasında vurğulanıb ki, ölkə istənilən təhlükəyə qarşı tam hazır vəziyyətdədir və dövlətin təhlükəsizliyini sarsıtmağa yönələn bütün cəhdlərə qətiyyətlə cavab veriləcək.

Nigar Həsənli
Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr