AZ

Bloger sərnişin oturacağında tərsinə oturub klip çəkdi; cəriməsi var VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Sosial şəbəkələrdə “Gunii” adı ilə tanınan bloger Günay Mehdiyeva paylaşdığı görüntülərlə gündəmə gəlib.

Avtosfer.az xəbər verir ki, bloger avtomobildə çəkdiyi videoda ön sərnişin oturacağında hərəkət istiqamətinin əksinə oturaraq mahnı oxuyub və həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb. 

Bu cür davranışlar yol hərəkəti zamanı ciddi təhlükə yaradır. Belə ki, qəza baş verdiyi halda hava yastığının açılması sərnişinin düzgün oturmadığı vəziyyətdə daha ağır xəsarətlər almasına səbəb ola bilər. Xüsusilə onurğa zədələri və digər ağır travmaların yaranma ehtimalı artır. Eyni zamanda, sərnişinin qeyri-adi şəkildə oturması sürücünün diqqətini yayındıraraq yol hərəkəti təhlükəsizliyini daha da risk altına salır.

Nəqliyyat eksperti Elməddin Muradlı isə mövzu ilə bağlı Avtosfer.az-a açıqlamasında bildirib ki, bu, sərnişin daşıma qaydalarının pozulmasıdır.

“Burada həm sürücü cərimələnə bilər, həm də sərnişin. Çünki sərnişin normal vəziyyətdə oturmayıb, kəməri taxmayıb, sürücünün diqqətini yayındıran hərəkətlərə yol verir. Ona görə də bu halda sərnişin cərimələnir və sürücü də məsuliyyət daşıyır. Ümumiyyətlə, bəzi vətəndaşlar avtomobilə bir oyuncaq kimi baxır, bu da təhlükəlidir. Bu qədər qəzalar, qəza vaxtı alın şüşəsindən yola düşüb başı partlayan insanlar var. Bu adamlar yəqin həmin hadisələri görmür və onlara dərs olmur”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
avtosfer.az

1Mənbələr