AZ

Rusiyada generalın ölümü rəsmən təsdiqləndi

ain.az, Modern.az saytına istinadən bildirir.

Krımda hərbi-nəqliyyat təyyarəsi An-26-nın qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimal donanmasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə 45-ci ordusunun komandiri Aleksandr Otroşçenko da var.Modern.az xəbər verir ki, bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis məlumat verib.

“Onların arasında, təəssüf ki, donanmanın aviasiya komandiri Aleksandr İvanoviç Otroşçenko da var,” — deyə qubernator region hökumətindəki əməliyyat iclasında bazar ertəsi günü bildirib

An-26 Krımda 31 mart tarixində qəzaya uğrayıb. İlkin versiya kimi texniki nasazlıq göstərilib. Rusiya KİV-nin məlumatına görə, təyyarə qayaya çırpılıb. Təyyarədə olan bütün şəxslər həlak olub — yeddi ekipaj üzvü və 22 sərnişin. Hərbi istintaqçılar uçuş qaydalarının pozulması ilə bağlı cinayət işi açıb (RF CM 351-ci maddə).

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
modern.az

1Mənbələr