AZ

Simone İnzaqi İtaliya milli komandasını çalışdıracaq?

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi Simone İnzaqi İtaliya milli komandasını çalışdırmaq istəmədiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinbə görə, İtaliyanın ardıcıl üçüncü dəfə Dünya çempionatında oynamayacağı təəssüf doğurur.

"Mən 100 faiz italyanam, qardaşım da Dünya çempionatını qazanıb. İtaliya futbolu yenidən doğulacaq, buna əminəm. İtaliyanı bir sıra səbəblərə görə tərk etdim.

İtaliya milli komandasının məşqçiliyinə gəlincə, xoşbəxtlikdən pula ehtiyacım yoxdur. Mən “Əl-Hilal”da olmağı xoşlayıram", - İnzaqi vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
lent.az

1Mənbələr