AZ

Hindistanda Şeytan Çarxı aşıb - çoxlu yaralı var (VİDEO)

Bakı. Trend:

Hindistanın ən sıx əhalisi olan Uttar Pradeşdə gecə saatlarındakeçirilən yarmarkada təxminən 18 metr hündürlüyündə Şeytan Çarxıattraksionunun aşması nəticəsində azı 30 nəfər yaralanıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir. .

Məlumata görə, hadisə Kuşinaqar rayonunun Bhainsaha kəndində başverib. Yarmarka iştirakçılarından birinin çəkdiyi videoda onlarlainsanın, o cümlədən qadın və uşaqların olduğu attraksionun qəfilbir tərəfə əyildiyi və daha sonra yerə çırpıldığı anlar əks olunub.Qurğu dağılan zaman bəzi sərnişinlərin hələ də kabinələrdə oturduğugörünür.

Qeyd edilir ki, ən azı 10 nəfərin vəziyyəti ağırdır, digərləriisə yüngül xəsarətlər alıblar.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr