AZ

Təyyarə qəzasında həlak olan general kimdir? – FOTO

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis işğal olunmuş Krımda An-26 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimal Donanmasının 45-ci Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri Ordusunun komandanı Aleksandr Otroşenkonun da olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, generalın ölümü barədə daha əvvəl “BBC Rus xidməti” öz mənbələrinə istinadən məlumat yaymışdı. Qubernatorun bu açıqlaması ilə yüksək rütbəli hərbçinin ölüm faktı rəsmən təsdiqini tapıb.

Sara,
NOCOMMENT.az

Seçilən
36
nocomment.az

1Mənbələr