AZ

Azərbaycan Beynəlxalq Bankın mobil tətbiqində problem yarandı

Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqində nasazlıq müşahidə olunur. İstifadəçilər tətbiqə daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər.

Musavat.com xəbər verir ki, məlumata görə, bir çox müştəri mobil tətbiqə giriş edə bilmədiyini və xidmətlərdən istifadə zamanı problemlərlə üzləşdiyini qeyd edir. Hazırda nasazlığın hansı səbəbdən yarandığı isə məlum deyil.

Musavat.com məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu ünvanlayıb. Bankdan rəsmi açıqlama verildiyi təqdirdə məlumat yenilənəcək.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr