AZ

Kurtlar Vadisi ndən niyə çıxdığını illər sonra etiraf etdi

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kurtlar Vadisi" serialında canlandırdığı Aslan Akbey obrazı ilə böyük rəğbət qazanan usta aktyor Selçuk Yöntem layihəni tərk etmə səbəbini açıqlayıb. Jurnalist Özlem Gürsesin verilişində qonaq olan sənətçi illər sonra diqqətçəkən məqamlara toxunub.Demokrat.az bildirir ki, aktyorun sözlərinə görə serialda cinayət törədən personajların cəzasız qalması onda ciddi narahatlıq yaradıb. O qeyd edib ki, ssenaridə dövlət, mafiya və maliyyə güclərinin fəaliyyəti çox yaxşı təhlil edilsə də, hadisələrin sürətlə inkişafı və hüquq-mühafizə orqanlarının təsirinin hiss olunmaması yanlış təəssürat yaradırdı. Selçuk Yöntem cinayət törədən hər kəsin mütləq cəzasını almalı olduğunu vurğulayaraq həmin dövrdə də bu çatışmazlığı dilə gətirdiyini bildirib.Layihədən ayrılmasının əsas səbəblərindən biri kimi serialın gənclər üzərindəki mənfi təsirlərini göstərən sənətçi maraqlı fikirlər səsləndirib. O insanların bir-birini öldürdüyü və heç bir hüquqi nəticənin olmadığı bir mühitin gənclərdə "mən də edə bilərəm" düşüncəsini formalaşdırdığını deyib. Məhz bu mənfi meyllərə reaksiya olaraq aktyor məşhur serialla yollarını ayırmaq qərarına gəlib.Selçuk Yöntem söhbət zamanı yaradıcılığında xüsusi yer tutan üç əsas layihənin adını da çəkib. Usta sənətçi "Aşk-ı Memnu", "Kurtlar Vadisi" və "Üzgünüm Leyla" seriallarını karyerasının ən vacib işləri hesab edir.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr