AZ

Emin Mahmudov Serbiyada müalicə alıb

“Neftçi”nin və Azərbaycan millisinin kapitanı Emin Mahmudov zədə səbəbindən Serbiyada müalicə alıb.

Msport.az xəbər verir ki, futbolçu artıq Bakıya qayıdıb.

Mahmudov “Sumqayıt”la oyundan bir neçə gün əvvəl qasıq nahiyəsindən zədələnmişdi. Zədəsi ilə bağlı müalicə almaq üçün Serbiyaya gedən yarımmüdafiəçi “Sumqayıt”la matçda iştirak edə bilməyib.

33 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdacağı tarix müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, ötən gün baş tutan “Sumqayıt” – “Neftçi” matçı paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
5
1
msport.az

3Mənbələr