AZ

Təsdiqləndi: Krımda qəzaya uğrayan təyyarədə general da ölüb

Rusiyanın işğalı altında olan Krımda An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində general-leytenant Aleksandr Otroşşenko da həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” Murmansk vilayətinin qubernatoru Andrey Çibisə istinadən məlumat verib.

Agentliyin nəşrinin məlumatına görə, Otroşçenko Şimal Donanmasının Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin 45-ci Ordusuna komandanlıq edib.

31 martdan 1 aprelə keçən gecə Krımda An-26 hərbi nəqliyyat təyyarəsi zamanı qəzaya uğrayıb. Təyyarədə yeddi heyət üzvü və 23 sərnişin olub, onlardan heç biri sağ qalmayıb.

Seçilən
10
publika.az

1Mənbələr