AZ

Ədviyyat qabına 1 ədəd dəfnə yarpağı qoyun...

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Mətbəxin əsas ləzzət qaynağı olan ədviyyatların ən böyük problemi həşərat hücumuna məruz qalmasıdır. Xüsusilə isti havalarda və ya uzun müddət saxlanılan qablarda qarşılaşdığımız bu vəziyyət həm dadın pozulmasına, həm də gigiyenik risklərə yol açır. Lakin heç bir kimyəvi vasitə işlətmədən bu məsələni birdəfəlik həll etmək mümkündür.Demokrat.az xəbər verir ki, ədviyyat qablarına əlavə edilən cəmi bir ədəd dəfnə yarpağı həşəratlara qarşı təbii müdafiə yaradır. Dəfnə yarpağının özünəməxsus kəskin qoxusu böcəkləri həmin mühitdən uzaqlaşdırır. Bu sadə üsul xüsusilə istiot, pul bibər və kimyon kimi tez-tez istifadə olunan məhsulların istifadə müddətini uzadır.Dəfnə yarpağı yalnız həşəratları qovmaqla qalmır, həm də rütubətin təsirini azaldaraq ədviyyatların bayatlamasının qarşısını alır. Beləliklə, məhsulların aroması və keyfiyyəti daha uzun müddət qorunur. Diqqət edilməli olan yeganə məqam qabın içinə qoyulan yarpağın tamamilə quru olmasıdır. Böyük qablar üçün iki ədəd quru yarpaq kifayət edir ki, bahalı saxlama qablarına ehtiyac qalmadan mətbəxdə tam qoruma təmin olunsun.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
demokrat.az

1Mənbələr