AZ

Saxalində əlverişsiz hava şəraiti səbəbilə xəbərdarlıq elan edilib

Saxalinin (Rusiya) cənub və mərkəzi hissəsindəki dörd bələdiyyədə növbəti qasırğa ilə əlaqədar aprelin 7-si üçün təcili xəbərdarlıq elan edilib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən məlumat yayıb.

Rusiya Hidrometeorologiya Xidmətinin Saxalin üzrə idarəsinin proqnozlarına görə, aprelin 7-si gecə və səhər saatlarında Poronaysk, Makarov, Uqleqorsk və Tomari rayonlarında güclü qar yağışı gözlənilir.

Seçilən
13
far.az

1Mənbələr