AZ

Şahdağda qarın hündürlüyü metr yarıma çatır

Bakı.Trend:

Aprelin 6-sı saat 9:00 olan faktiki hava açıqlanıb.

Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 6-sısaat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit havaşəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıqərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1metr 24sm, Qrızda 34 sm, Xınalıqda 22 sm, Qusarda 3 sm təşkil edir.

Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntınınmiqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkiledir.

Azərbaycanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 94(aylıq normanın 311%-i), Qubada 83 (aylıq normanın 174%-i),Xaltanda 74 (aylıq normanın 109%-i), Xızıda 69 (aylıq normanın95%-i), Qusarda 69 (aylıq normanın 144%-i), Şabranda 63 (aylıqnormanın 209%-i), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22,Daşkəsəndə 19, Oğuzda 18, Şəmkirdə 17, Zaqatalada 16, Balakən,Qəbələdə 13, Qobustanda 12, Lerik, Şamaxıda 10, İsmayıllı,Neftçala, Goranboyda 8, Bərdədə 7, Mingəçevir, Yevlax, Ağdam,Naftalanda 6, Şahbuz, Ağstafa, Biləsuvar, Astara, Tovuzda 4,Yardımlıda 3, Gəncə, Göyçay, Zərdab, Tərtərdə 2, İmişli, Beyləqan,Kürdəmir, Sabirabad, Salyan, Şərur, Ordubad, Sədərək, Naxçıvan,Füzuli, Kəlbəcər, Xankəndi, Xocalı, Laçın, Qubadlı və Şuşada 1mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürətiBakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə18 m/s-dək güclənir.

Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeronyarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə7-si axşamadək davam edəcəyi gözlənilir.

Seçilən
8
31
az.trend.az

10Mənbələr