AZ

Eldar Əzizov və Zaur Mikayılov həmin əraziyə gəldilər- YENİLƏNİB

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Keşlə qəsəbəsində yağış kollektorlarının üzərində tikilən ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər.

News365.az xəbər verir ki, ərazidə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.

***

Saat 21:23

Uzun illər əvvəl Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb.

News365.az xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.

    Mütəxəssislərin rəyinə görə, gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunur.

    Qeyd edək ki, həmin evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və kollektorda yağış sularının kənarlaşdırılması problemi yaranıb.

    Seçilən
    8
    7
    news365.az

    10Mənbələr