AZ

“Geri dönüş yoxdur”: İran körpüləri yandırdı

İranın ali hərbi şurasının sədri Yəhya Rəhim Səfəvi regionda gərginliyi daha da artıracaq açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, İran artıq enerji infrastrukturuna yönələn zərbələri “qəbul edilə bilən risk” kimi qiymətləndirir və bu cür hücumlar davam edərsə, cavab addımları daha geniş miqyas alacaq.

Səfəvi bildirib ki, belə bir ssenaridə bölgədə, xüsusilə İsrail başda olmaqla bir sıra ölkələrin enerji obyektləri hədəfə çevrilə bilər.

İran rəsmisi vurğulayıb ki, hazırkı vəziyyət kritik mərhələyə daxil olub və proseslərin geri dönüş nöqtəsi artıq keçilib. Bu isə Yaxın Şərqdə enerji infrastrukturu üzərindən yeni və daha təhlükəli qarşıdurma mərhələsinin başlaya biləcəyinə işarə edir.

Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr