AZ

Qara dənizdə zəlzələ baş verib

Bakı. Trend:

Qara dənizdə, Anapadan 32 kilometr cənub-şərqdə 3,7 bal gücündəzəlzələ qeydə alınıb.

Trend xəbər verirki, Krasnodar diyarının əməliyyat qərargahı bu barədə "Telegram"hesabında məlumat yayıb.

Məlumata görə, zəlzələ 10 kilometr dərinlikdə baş verib. Tələfatvə dağıntı olmayıb, sakinlərdən heç bir şikayət daxil olmayıb.

Fövqəladə hallar qərargahı qeyd edib ki, vacib və iqtisadiobyektlər normal işləyir.

Seçilən
26
1
az.trend.az

2Mənbələr