AZ

"ABŞ İrandakı etirazçılara silah göndərib" - Trampdan etiraf

"ABŞ 2026-cı ilin əvvəlində İrandakı etiraz iştirakçılarına böyük həcmdə silah göndərməyə cəhd edib".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib

"Biz çoxlu silah göndərdik, onları kürdlərə verdik", - deyə D.Tramp bildirib və ehtimal edib ki, kürd qüvvələri həmin silahları özlərində saxlayıblar.

Qeyd edək ki, İranda iğtişaşlar 2025-ci il dekabrın 29-da milli valyutanın kəskin ucuzlaşmasından sonra meydana çıxan etiraz aksiyalarından sonra başlayıb və ölkənin əksər iri şəhərlərinə yayılıb.

Yanvarın 8-dən etibarən, İranın xarici işlər naziri Abbas Əraqçının sözlərinə görə, etirazçılar arasında silahlı qruplar peyda olub. Tehranda baş verən iğtişaşların təşkilinə görə məsuliyyət İsrail və ABŞ üzərinə qoyulub.

Seçilən
53
1
redaktor.az

2Mənbələr