AZ

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

Qusar rayon İcra Hakimiyyətinin birinci müavini, rayon FHK-nın sədri Şahid Fərəməzov Bizim.Media-ya bildirib ki, saat 15:16-da  Faiq Fərid oğlu Rəsulovun meyiti vətəndaşlar tərəfindən sudan çıxarılıb.

Mərhumun hansı şəraitdə suya düşdüyü tam məlum deyil.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma başlanılıb.

Xatırladaq ki, bu gün günorta saatlarında Qusar rayonu Gündüzqala kənd ərazisindən keçən Quru çaya sel gəlib. Həmin kəndin sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu sel aparıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
17
1
bizim.media

2Mənbələr