AZ

Yağışlı hava sabah da davam edəcək

Yağışlı hava sabah da davam edəcək

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı gözlənilir, axşam tədricən kəsiləcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, arabir güclənən şimal-qərb küləyi sabah axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda isə gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Seçilən
26
49
afn.az

10Mənbələr