“Mingəçevir”in çalışdırıcısı Ramiz Məmmədov oyundan sonra “Football-plus.az”a açıqlama verib:
“Oyunun gərgin olacağını bilirdik. Məğlubedilməz rəqibə qarşı oynadıq. Uşaqlar çox istəkliydilər. Göstərdilər ki, biz layiq olduğumuz yerdə deyilik. Verdiyim tapşırıqları futbolçularım yüzəyüz yerinə yetirdi. Bütün komandaya təşəkkür edirəm. Sonradan meydana çıxanlar da özlərini yaxşı tərəfdən göstərdilər”.
MÜZƏFFƏR QULUZADƏ