RU

“Verdiyim tapşırıqları futbolçularım yüzəyüz yerinə yetirdi” – Mingəçevirdə təntənə

1-ci liqada çempion olmağı və ya ən azı pley-offda oynamağı hədəf götürən “Mingəçevir” cümə günü bu yolda ciddi addım atdı. “Nur şəhəri”nin təmsilçisi evdə lider “Şəfa”nı darmadağın etdi - 5:2.

“Mingəçevir”in çalışdırıcısı Ramiz Məmmədov oyundan sonra “Football-plus.az”a açıqlama verib:

“Oyunun gərgin olacağını bilirdik. Məğlubedilməz rəqibə qarşı oynadıq. Uşaqlar çox istəkliydilər. Göstərdilər ki, biz layiq olduğumuz yerdə deyilik. Verdiyim tapşırıqları futbolçularım yüzəyüz yerinə yetirdi. Bütün komandaya təşəkkür edirəm. Sonradan meydana çıxanlar da özlərini yaxşı tərəfdən göstərdilər”.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
25
1
football-plus.az

2Источники