BAKI, TurkicWorld, Nailə Babazadə
2026 -cı ilin fevral ayında Qazaxıstandan Türkiyəyə 30 min 549 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 6,14 faiz çoxdur.
Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,44 faiz təşkil edib.
2026-cı ilin yanvar-fevral aylarında Qazaxıstandan Türkiyəyə 60 min 20 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,56 faiz çoxdur.
2025-cı ilin yanvar-fevral aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,37 faiz azalıb təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin fevralında Türkiyəyə 2 milyon 126 min 698 turist səfər edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 9,13 faiz çoxdur.
2026 -cı ilin yanvar-fevral aylarında 4 milyon 373 min 337 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,70 faiz çoxdur.