BAKI, TurkicWorld, Nailə Babazadə
2026 -cı ilin fevral ayında Özbəkistandan Türkiyəyə 43 min 746 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 7,1 faiz çoxdur.
Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 2,6 faiz təşkil edib.
2026-cı ilin yanvar-fevral aylarında Özbəkistandan Türkiyəyə 89 min 645 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,65 faiz çoxdur.
2025-cı ilin yanvar-fevral aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 2,5 faiz artım təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin fevralında Türkiyəyə 2 milyon 126 min 698 turist səfər edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 9,13 faiz çoxdur.
2026 -cı ilin yanvar-fevral aylarında 4 milyon 373 min 337 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,70 faiz çoxdur.