AZ

Tramp İranda vurulan F-15E təyyarəsinin ikinci pilotunun xilas edilməsini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp İran səmasında Amerikanın F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Truth Social"da bildirib.

"Biz ona çatdıq! Mən sizə onun sağ və sağlam olduğunu bildirməkdən çox məmnunam", - Tramp yazıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri pilotu təxliyə etmək üçün ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib. "Yaralandı, amma hər şey yaxşı olacaq", - ABŞ Prezidenti əlavə edib.

Daha əvvəl "Axios" portalı pilotun təyyarə qəzasından bir neçə saat sonra xilas edildiyini bildirib.

Seçilən
33
11
ikisahil.az

10Mənbələr