Bakı. Trend:
Neymarın 2026-cı il dünya çempionatında oynamaq arzusu həyatakeçməyə bilər - öz sözlərinin ucbatından.
Trend xəbər verir ki,“Santos” komandasının “Remo” üzərində 2:0 hesablı qələbəsindənsonra 34 yaşlı hücumçu Karlo Ançelottinin komandasındakı yeriniitirməyə səbəb ola biləcək mübahisəli bir müsahibə verib.
Neymar hakimin qərarına etiraz etdiyinə görə ona sarı vərəqəgöstərən hakim Savio Pereyra Sampayoya sərt reaksiya verib vəTalkSport-a görə, o, 12 oyunluq cəza ilə üzləşə bilər.
Bu potensial sərt cəzanın səbəbi təkcə hakimliklə bağlışikayətlərində deyil, həm də artıq seksist adlandırılan sərt,ayrı-seçkilik xarakterli ifadələrindədir.
“Savio həmişə belədir. Düşünürəm ki, o, pis əhval-ruhiyyədəoyanıb, necə deyərlər, “kritik günlərdə” meydana çıxıb. Onunladanışmaq belə mümkün deyildi”, - Neymar SporTV-də canlı yayımdadeyib.