AZ

İran İsrailin iki əsas elektrik stansiyasını hədəf elan etdi

İran və bölgədəki onunla əlaqəli silahlı qruplar İsraildəki iki böyük elektrik stansiyasını potensial hücum hədəfləri siyahısına əlavə ediblər.

Musavat.com xəbər verir ki, məlumatı Tasnim Xəbər Agentliyi yayıb. İran hökumət strukturlarındakı mənbələrə görə, "İsraili təmin edən iki böyük elektrik stansiyası müqavimət cəbhəsinin birgə əməliyyatlar qərargahının hədəf siyahısına əlavə edilib". Agentliyin mənbələri bu qərarın "əks cavab" strategiyasının bir hissəsi olaraq verildiyini və "müqavimət qüvvələrinin İranın həyati əhəmiyyətli infrastrukturuna qarşı hər hansı bir təhdidə cavab verməyə hazırlığı" kimi qəbul edildiyini bildiriblər. 

Musavat.com

 

Seçilən
21
50
musavat.com

10Mənbələr