AZ

İran Baş Qərargah rəsmisi ABŞ və İsraili hədələdi

BAKI, 5 aprel. TELEQRAF

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəsmisi İsrail və ABŞ-yə qarşı sərt bəyanatla çıxış edərək mümkün hücumlara cavab olaraq cəhənnəmin qapılarının açılacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, İranın “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının komandanı, general-leytenant Əli Abdullahi bəyan edib ki, Tehran müharibənin əvvəlindən verdiyi bütün vədləri yerinə yetirib və qarşı tərəfə mesajı aydındır.

O vurğulayıb ki, İranın enerji infrastrukturuna yönələcək istənilən zərbə cavabsız qalmayacaq. Onun sözlərinə görə, belə hücumlar ABŞ və İsrailin regiondakı bütün obyektlərinə qarşı cavab zərbələrinə səbəb olacaq.

Əli Abdullahi həmçinin ABŞ prezidenti Donald Trampın ultimatumunu acizlik və əsəbilik göstəricisi kimi qiymətləndirib. Qeyd edək ki, Tramp aprelin 4-də İrana 48 saat vaxt verərək razılaşma əldə etmədiyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bildirib.

Seçilən
14
50
teleqraf.com

10Mənbələr