Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Saria "Ben-Qurion" hava limanına və İsrailin cənubundakı bir sıra hərbi hədəflərə hücum edildiyini bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Silahlı qüvvələrimiz beşinci hərbi əməliyyatı keçirərək, ballistik raket və bir neçə pilotsuz uçuş aparatı vasitəsilə 'Lod' ('Ben-Qurion' - red.) hava limanına və işğal olunmuş Fələstinin cənubunda İsrailin bir neçə mühüm hərbi hədəfinə hücum edib", - deyə Sarianın bəyanatında bildirilir.