AZ

Rusiya XİN dən açıqlama: NATO şərq cinahına qoşun yığır

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

NATO-nun şərq istiqamətində hərbi potensialını artırması ilə bağlı Moskva növbəti dəfə sərt açıqlama verib.

"Ölkə.az" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi alyansın “şərq cinahı” adlandırdığı bölgədə hərbi qüvvələrini fəal şəkildə gücləndirdiyini bəyan edib.

Rusiya XİN-in açıqlamasında bildirilir ki, bu proses Avropanın sürətlə militarizasiyasına və qitədə mövcud təhlükəsizlik memarlığının daha da zəifləməsinə gətirib çıxarır.

Nazirlik həmçinin vurğulayıb ki, özünü müdafiə ittifaqı kimi təqdim edən NATO indiyədək on genişlənmə dalğası həyata keçirib.

Moskvanın iddiasına görə, bu genişlənmələrin yeddisi SSRİ-nin dağılmasından sonra baş verib və bu, alyansın şərqə doğru genişlənməyəcəyinə dair əvvəl verilmiş vədlərə baxmayaraq reallaşıb.

Rusiya tərəfi hesab edir ki, NATO-nun son illərdə atdığı addımlar Avropada qarşıdurma riskini artırır və regionda sabitlik üçün əlavə təhdid yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
50
olke.az

10Mənbələr