AZ

ABŞ-də saxlanılanlar kimdir? – Süleymaninin qızı faktları açıqladı

ABŞ-də saxlanıldığı bildirilən şəxslərlə bağlı yayılan məlumatlar yeni müzakirələrə səbəb olub. Musavat.com xəbər verir ki, SEPAH-ın “Qüds” qanadının öldürülmüş komandanı Qasım Süleymaninin qızı Nərgiz Süleymani bu iddialara münasibət bildirib.

“Jamaran News”un yaydığı məlumata görə, Nərgiz Süleymani ABŞ-də həbs olunan Həmidə Süleymani Əfşar və onun qızı ilə hər hansı qohumluq əlaqəsinin olmadığını açıq şəkildə bəyan edib. O, bu iddiaları “inanılmaz” adlandıraraq onların reallığı əks etdirmədiyini vurğulayıb.

Süleymani qeyd edib ki, “əsasən hər iki qardaşı övladı xanım deyil, bəydir” və bu fakt yayılan məlumatların yanlış olduğunu göstərir.

O, əlavə edib ki, bu günə qədər Süleymaninin ailəsindən və ya qohumlarından heç kim ABŞ-də yaşamayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin federal agentlər tərəfindən saxlanıldığını açıqlayıb. Məlumata görə, onların yaşayış icazələri – “Green Card”ları da dövlət katibi Marko Rubionun göstərişi ilə ləğv edilib.

Musavat.com

Seçilən
42
13
musavat.com

10Mənbələr