AZ

İran və müttəfiqləri İsraildə iki elektrik stansiyasını hədəf siyahısına daxil edib

BAKI, 5 aprel. TELEQRAF

İran və regiondakı müttəfiq silahlı qruplar İsrail ərazisində yerləşən iki iri elektrik stansiyasını potensial hücum hədəfləri siyahısına əlavə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran hakimiyyət strukturlarındakı mənbələr bildiriblər ki, İsraili enerji ilə təmin edən iki əsas elektrik stansiyası müqavimət cəbhəsinin birgə əməliyyat qərargahının hədəf siyahısına daxil edilib.

Qeyd olunur ki, bu qərar əks-cavab strategiyası çərçivəsində qəbul olunub və İranın həyati infrastrukturuna yönələn istənilən təhdidə cavab verməyə hazırlıq kimi qiymətləndirilir.

Seçilən
24
50
teleqraf.com

10Mənbələr