İngiltərənin “Nyukasl” klubu müdafiəçi Kiran Trippyer ilə yollarını ayıracaq.
90deqiqe.Az xəbər verir ki, 2025/2026 mövsümünün sonunda futbolçu müqavilə müddətinin başa çatması ilə əlaqədar klubdan ayrılacaq.
Trippyer 2022-ci ilin əvvəlində İspaniyanın “Atletiko” klubundan “Nyukasl”a transfer olunmuşdu.
Müdafiəçi bu müddət ərzində komandanın heyətində 157 rəsmi oyuna çıxıb, 4 qol vurub və 29 məhsuldar ötürmə edib. Kiran Trippyerin 35 yaşı var. "Transfermarkt" portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.
Hazırda “Nyukasl” İngiltərə çempionatının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. Eddi Haunun komandası növbəti oyununu aprelin 12-də “Kristal Pelas”a qarşı keçirəcək.