AZ

Vitinyanın "Real"a keçə biləcəyi şərt açıqlanıb

PSJ klubunun yarımmüdafiəçisi Vitinya karyerasını "Real Madrid"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, futbolçunun agenti Jorje Mendes müştərisi üçün onun ulduz statusunu əks etdirən yeni müqavilə tələb edir. Əgər ona maliyyə baxımından sərfəli təklif edilməsə, yarımmüdafiəçi "Real Madrid və ya digər aparıcı klublardan gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Vitinya 2022-ci ildə “Portu”dan PSJ klubuna 41 milyon avroya transfer olunub. Onun müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Cari mövsümdə portuqaliyalı futbolçu bütün turnirlərdə 42 oyunda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
41
10
90deqiqe.az

10Mənbələr