AZ

İtaliyanın 4 hava limanında bəzi uçuşlar üçün yanacaq məhdudiyyəti tətbiq edilir

İtaliyanın 4 hava limanında bəzi uçuşlar üçün yanacaq məhdudiyyəti tətbiq edilir

Enerji böhranı aviasiya sektoruna təsir etməyə davam edir.

AFN.az xəbər verir ki, İtaliyanın Milan (Linate), Boloniya, Venesiya və Trevizo hava limanlarında aprelin 9-dək bəzi uçuşlar üçün yanacaq tədarükünə məhdudiyyət qoyulub.

İtaliyanın "ANSA" agentliyinin məlumatına görə, sözügedən dörd hava limanını reaktiv yanacaqla təmin edən "Air BP Italia" şirkəti aviaşirkətlərə rəsmi bildiriş (NOTAM) göndərib. Bildirişdə yanacaq təminatında üstünlük veriləcək uçuşlar müəyyən edilib:

Təcili tibbi yardım (ambulans) təyyarələri;

Dövlət əhəmiyyətli uçuşlar;

Uçuş müddəti 3 saatdan çox olan reyslər.

Məlumata görə, prioriteti olmayan və uçuş müddəti 3 saatdan az olan reyslər üçün hər təyyarəyə maksimum 2 000 litr yanacaq limiti qoyulub. "Save Grup" Venesiya, Trevizo və Verona hava limanlarında vəziyyətin hələlik kritik həddə olmadığını bildirsə də, Ryanair kimi daşıyıcılar Hörmüz boğazındakı blokadanın may ayına qədər uzanacağı təqdirdə daha ciddi risklərin yarana biləcəyi barədə xəbərdarlıq ediblər.

Seçilən
30
29
afn.az

10Mənbələr