AZ

“Atamın məzarını ziyarət etməyə icazə verilmədilər, yanımızdakı polisə də hücum etdilər”

Ayyüce Türkeş Taş Türkiyədə atasının məzarını ziyarət etməsinə maneə törədildiyini və onu müşayiət edən polis əməkdaşına hücum olunduğunu iddia edib.

NOCOMMENT.az xəbər verir ki, İYİ Partiyası sədr müavini olan Ayyüce Türkeş Taş bildirib ki, atası Alparslan Türkeşin ölümünün 29-cu ildönümündə məzarını ziyarət etmək istəyərkən onların qarşısı alınıb.

Onun sözlərinə görə, ziyarət zamanı onu müşayiət edən dövlət polis əməkdaşına da hücum edilib.

Sosial media hesabında video paylaşan Ayyüce Türkeş Taş hadisəyə sərt reaksiya verib. O bildirib ki, ziyarətə iki azyaşlı qızı ilə birlikdə gəlib və yaşanan hadisələr uşaqlara da mənfi təsir edib:

“Atam Başbuğ Türkeşin ölümünün 29-cu ildönümündə yenə məzarını ziyarət etməyimizə icazə verilmədi. Məni müşayiət edən dövlət polis məmuruna hücum edildi. Biri 10, digəri 6 yaşında olan iki qızım məzardan ağlayaraq çıxdılar”, – deyə o qeyd edib.

Ayyüce Türkeş Taş Türkiyə rəhbərliyinə də səslənərək hadisəyə etiraz edib. O, paylaşımında “Ankaranın ortasında təhlükəsiz deyilik, dövlət haradadır?” sözlərini yazaraq Ankarada baş verən hadisəyə reaksiya verib.

Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Seçilən
25
20
nocomment.az

10Mənbələr