AZ

DTX-də general-leytenantların sayı 3-ə çatdı

Dövlət Təhlükəsizlik Xidmətində general-leytenant ali hərbi rütbəsini daşıyan vəzifəli şəxslərin sayı 3-ə çatıb.

Bizim.Media "gününsəsi.info"ya istinadla xəbər verir ki, DTX əməkdaşlarının peşə bayramı münasibətilə Prezident İlham Əliyev bir qrup əməkdaşa ali hərbi rütbələr verib.

Onlar arasında DTX-nin İstintaq Baş İdarəsinin rəisi ədliyyə general-mayoru Həsən Mansurov da var.

Prezident sərəncamı ilə Həsən Mansurov ədliyyə general-leytenantı ali rütbəsinə layiq görülüb.

Qeyd edək ki, bu sərəncama qədər DTX-də iki ədliyyə general-leytenantı olub. Onlar DTX rəisinin müavinləri Ceyhun Şadliniski və Şərafət Həsənovdur.

Bizim.Media

Seçilən
42
bizim.media

1Mənbələr