AZ

Azyaşlı uşaqları olanların nəzərinə: Təhlükəli virus yayılır

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Alimlər COVID-19-un “Cicada” (Avqust böcəyi) adlandırılan yeni variantının xüsusilə uşaqlar arasında daha təsirli ola biləcəyini bildirirlər.

Güclü mutasiyaya uğrayan bu növün böyüklərdən çox 3–15 yaş arası uşaqları hədəf alması diqqət çəkən əsas məqamlardandır.

"Cebhrinfo.az" xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da artıq müşahidə olunmağa başlayan BA.3.2 variantı “Omikron” ailəsinə aiddir.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) son hesabatına əsasən, sözügedən variant 23 ölkədə və ABŞ-nin 25 ştatında tullantı sularında aşkarlanıb. 

Testlərin pandemiyanın pik dövrü ilə müqayisədə azalması səbəbindən, variantın əslində məlum olandan daha geniş yayılmış ola biləcəyi ehtimal edilir.

Mövcud peyvəndlərin hələ də qoruyuculuq təmin etdiyi düşünülür. Alimlər bildirirlər ki, bu variantın indiyədək yaratdığı problemlər kifayət qədər “adi” xarakter daşıyır və buna görə də peyvəndlərin bu növ üçün yenilənməsinə ehtiyac olub-olmadığı hələ dəqiq müəyyənləşməyib.

Vaşinqton Universitetinin Mikrobiologiya Bölməsindən doktor Aleks Qreninger bu variantın virus təkamülü baxımından olduqca maraqlı olduğunu qeyd edib.

Onun sözlərinə görə, 2024-cü ilin noyabrında ilk dəfə aşkar edilən bu növün yayılması kifayət qədər yavaşdır və real həyatda təsiri çox məhdud ola bilər.

Cənubi Afrikadakı Epidemiyalara Cavab və İnnovasiya Mərkəzinin direktoru doktor Tulio de Oliveira da bu fikirlə razılaşaraq bildirib ki, mövcud immunitet və əvvəlki peyvəndlənmə sayəsində xəstəxanaya yerləşdirmə və ya ölüm hallarının artımı müşahidə olunmur. Buna görə də yeni peyvənd kampaniyasına ehtiyac yoxdur.

Qeyd edək ki, “Cicada” adı bu variantın uzun müddət gizli qaldıqdan sonra qəfil ortaya çıxması ilə əlaqələndirilir.

Alimlər ehtimal edir ki, virus iki ilə yaxın müddətdə immun sistemi zəif olan bir şəxsin orqanizmində qalaraq mutasiyaya uğrayıb və daha sonra yenidən yayılmağa başlayıb.

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
2
cebheinfo.az

3Mənbələr