"COVİD-19"un yeni ştammı aşkarlanıb. Bu barədə ABŞ alimləri xəbərdarlıq ediblər. Metbuat.az xəbər verir ki, amerikalı elm adamları koronavirusun yeni stammının dünyanın 23 ölkəsində yayıldığını açıqlayıblar. Alimlər virusun yeni növünə "Avqust böcəyi" adinı veriblər. Bu maraqlı ad yeni ştammın avqust böcəyi kimi özünü uzun müddət gizlədə bilməsi ilə əlaqələndirilir. Mütəxəssislər "Avqust böcəyi"nin əsasən 3-15 yaşlı uşaqlar arasında sürətlə yayıldığını bildiriblər. Onların fikrincə, yoluxma halları artacagı təqdirdə peyvənd vurdurulması qaçılmaz olacaq.