AZ

İlham Əliyevdən Pezeşkiana: "Xalqlarımız çətin günlərdə daim bir yerdə olacaqlar”

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

News365.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında fars dilində paylaşım edilib.

Paylaşımda deyilir:

“İran İslam Respublikasının hörmətli Prezidenti, qardaşım cənab Məsud Pezeşkianın Azərbaycan xalqı və dövlətinin dəstəyinə görə təşəkkürü xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və bundan sonra da həm xoş, həm də çətin günlərdə daim bir yerdə olacaqlar”.

Qeyd edək ki, aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Ötən gün isə Məsud Pezeşkian "X" hesabında Prezident İlham Əliyev ilə söhbətində Azərbaycan hökumətinin və xalqının rəğbətini və dəstəyini yüksək qiymətləndirdiyini yazıb.

“Dost və qardaş xalqlar çətin anlarda bir-birini tapır və sivilizasiya kökləri nə qədər dərin olarsa, bu bağ bir o qədər güclü olar”, - Pezeşkian qeyd edib.

Seçilən
26
28
news365.az

10Mənbələr