AZ

45 yaşlı qadın arıqlama iynəsindən şoka düşdü

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Arıqlamaq üçün internetdən sifariş edilən preparatlardan istifadə edən 130 kiloqram çəkili qadın ölümdən dönüb. Moskvada baş verən hadisə arıqlama həvəskarları üçün ciddi xəbərdarlıq hesab olunur.Demokrat.az xəbər verir ki, 45 yaşlı adı açıqlanmayan paytaxt sakini artıq çəki ilə mübarizə aparmaq üçün tibbi nəzarət olmadan eksperimental vasitə tətbiq etməyə qərar verib. O, fitnes ekspertlərinin tövsiyəsi ilə şübhəli saytlardan birindən sifariş etdiyi preparatı qəbul edərkən nə pəhriz saxlayıb, nə də doza qaydalarına əməl edib.Hadisə günü qadın acılı qanad və pivə qəbul etdikdən dərhal sonra özünə iynə vurub.Cəmi bir neçə saat keçdikdən sonra qadının vəziyyəti pisləşib. Temperaturun kəskin yüksəlməsi, dözülməz bel ağrıları və qusma şikayətləri ilə xəstəxanaya çatdırılan qadın dərhal reanimasiyaya yerləşdirilib.Müayinələr zamanı onda kəskin pankreatit və peritonit aşkar edilib. Bu diaqnoz mədəaltı vəzin iltihabı və infeksiyanın qarın boşluğuna yayılması deməkdir.Hazırda xəstənin vəziyyəti həkimlərin nəzarəti altındadır.Həkimlər qeyd edirlər ki, qeyri-rəsmi vasitələrin alkoqol və ağır qidalarla qarışdırılması orqanizmdə geri dönməz fəsadlara yol aça bilər. Bu hadisə həkim nəzarəti olmadan həyata keçirilən arıqlama üsullarının nə dərəcədə təhlükəli olduğunu bir daha sübut edir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
114
demokrat.az

1Mənbələr