AZ

Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndə heyəti Gürcüstanda səfərdə olub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 4 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, professor Zəfər Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində heyət Gürcüstan Texniki Universitetinin Kənd Təsərrüfatı Elmləri və Kimya Texnologiyaları fakültəsini ziyarət edərək tədris infrastrukturu və laboratoriya bazası ilə tanış olub.

Nümayəndə heyəti daha sonra universitetin rektoru, akademik Davit Qurgenidze ilə görüş keçirib. Görüşdə kənd təsərrüfatı sahəsində təhsil və elmi tədqiqat əməkdaşlığının genişləndirilməsi, birgə layihələr və mübadilə proqramları müzakirə olunub.

Bildirilib ki, aparılan danışıqlar və imzalanan memorandum iki universitet arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur və birgə təhsil proqramları ilə elmi tədqiqatların inkişafına töhfə verəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
1
azertag.az

2Mənbələr