AZ

Qalibafdan ABŞ-yə istehza: “Pilotlarınızı tapa bilirsiniz?”

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ABŞ-la bağlı kəskin və istehzalı açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Qalibaf ABŞ təyyarəsinin düşməsi fonunda Vaşinqtonun mövqeyini lağa qoyaraq belə deyib:

Onun sözlərinə görə, İranı dəfələrlə məğlub etdiyini iddia edən tərəf indi tam fərqli vəziyyətə düşüb:

“İranı ard-arda 37 dəfə ‘məğlub etdikdən’ sonra başlatdıqları bu parlaq, amma strategiyasız müharibə indi ‘rejim dəyişikliyi’ mərhələsindən ‘Hey! Kimsə pilotlarımızı tapa bilərmi? Zəhmət olmasa?’ mərhələsinə enib”.

Qalibaf bu vəziyyəti istehza ilə belə ifadə edib:

“Heyrətamiz! Bu necə bir ‘dahilikdir’!”

Musavat.com

Seçilən
1
2
musavat.com

10Mənbələr