Aşıq Zülfiyyə İbadovanın müğənni oğlu Babək Quluzadə biznesi ilə bağlı diqqətçəkən açıqlama verib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, artıq restoran fəaliyyəti ilə məşğul olmur və obyektlərini icarəyə veriblər. Onun sözlərinə görə, bu qərarın arxasında şou-biznes nümayəndələri ilə bağlı yaşanan xoşagəlməz hallar dayanır:
"Hazırda restoranımızı icarəyə vermişik. Şou-biznes əhli bizi çox yordu. Gəlirdilər, yeyib-içirdilər, amma çox vaxt ödəniş etmirdilər. Bəziləri də əvvəlcədən zəng edib deyirdi ki, 'Babək, Zülfiyyə xanım, Sakit bəy oradadır? Gəlirik'. Biz də anlayırdıq ki, gəlib hesab istəməyəcəyimizi düşünürlər.
Açığı, bu vəziyyət bizi bezdirdi. Ay qardaş, gəlmisənsə, qarnını doyur, haqqını da ödə. Bizi neynirsiniz? Orada olanda bilirdilər ki, hesab tələb etməyəcəyik. İndi isə icarəyə verdiyimizi bilənlər az gəlib-gedir, şou əhlindən olanların sayı da xeyli azalıb".
Babək Quluzadənin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərdən bəziləri onun səmimi etirafını dəstəkləsə də, digərləri şou-biznes nümayəndələrinin bu cür davranışlarını tənqid edib.
Musa
Milli.Az